Luqansk artıq Rusiyanın tərkibinə "daxil edildi"..?

Luqansk artıq Rusiyanın tərkibinə "daxil edildi"..?

Luqansk Xalq Respublikasında (LPR) Rusiyanın tərkibinə daxil olmaq üzrə referendumda əhalinin 50 faizindən çoxu iştirak etdiyi üçün etibarlı sayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS LPR MSK-nın rəhbəri Yelena Kravçenkoya istinadən məlumat yayıb.

“Bu gün respublikada seçici fəallığı 76,09 faiz təşkil edib”, - deyə Kravçenko bildirib.

Sentyabrın 23-də Donetsk və Luqansk Xalq Respublikalarında (DXR və LXR), həmçinin Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmək üçün referendumlar başlayıb. Səsvermə sentyabrın 27-si daxil olmaqla davam edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə