Səfərbərlik elan edən Putin özü məzuniyyətə gedib?

...Sentyabrın 21-də Rusiyada səfərbərlik elan edildikdən sonra prezident Vladimir Putin məzuniyyətə çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu jurnalist Fəridə Rüstəmovanın idarə etdiyi “Faridaily” teleqram kanalı üç mənbəyə istinadən yazır.

Putin sonuncu dəfə sentyabrın 21-də axşam Velikiy Novqorodda çıxış edərkən ictimaiyyət qarşısına çıxıb. Rüstəmovanın mənbələrinə görə, konsertdən dərhal sonra Putinin ictimai fəaliyyətində fasilə başlayıb və bu, ən azı bir həftə davam edəcək. Qeyd edək ki, televiziya şoularında Putinin iştirakı ilə göstərilən süjetləri Rüstəmova “konservləşdirilmiş yeməklər” kimi təqdim edir. Yəni əvvəlcədən qeydə alınmış süjetlər...

Mənbələrdən birinin verdiyi xəbərə görə, Putin indi Novqorod vilayətinin Valdaydakı iqamətgahında dincəlir. Qeyd edək ki, Aleksey Navalnının FBK-sı (“Korrupsiyaya Qarşı Mübarizə Fondu”) əvvəllər bu iqamətgah haqqında ətraflı danışmışdı.

Qeyd edək ki, bir çox şərhçilər Putinin cümə günü Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərində (Ukraynanın özü və Qərb ölkələri onları qeyri-legitim hesab edir) referendumlara dəstək məqsədilə Moskvada konsertə gəlməməsinə diqqət çəkib.

Yeri gəlmişkən, bu arada Kremlin sözçüsü Dmitri Peskov Putinin məşğul olduğunu deyib. O, Putinin məzuniyyətdə olduğunu da inkar edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə