Filippində minlərlə insan təxliyə edilib

Filippinin şimal-şərqində Quezon bölgəsinə yaxınlaşdıqca güclənməyə davam edən "Noru" qasırğası səbəbindən bölgədəki minlərlə kənd sakininin təxliyə edildiyi bildirilib. SİA xəbər verir ki, Noru qasırğası Quezon bölgəsindəki İnfanta şəhərinin təxminən 115 kilometr şərqində dənizə çırpılıb və günorta saatlarında sürəti 195 kilometrdən 240 kilometrə çatıb. Sinoptiklər qasırğanın bazar günü axşam saatlarında sahilə çatacağını gözləyirlər. Meteorologiya agentliyi xəbərdarlıq edib ki, daşqınlara səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə