Bu arada Belarusun xarici işlər naziri Vladimir Makey “France 24” telekanalına verdiyi müsahibəsində ölkəsinin Ukraynaya zərbə endirilməsi ehtimalını rədd edib.
SİA-nın əldə etdiyi məlumata görə, xəbəri “RİA Novosti” yayıb.
Makeyin sözlərinə görə, Minsk münaqişəyə mümkün qədər tez son qoyulmasında maraqlıdır və həmçinin nüvə silahından istifadənin qəti əleyhinə olub.
...Çünki bu, bəşəriyyətin məhvinə gətirib çıxaracaq: “...Bəlkə də bilirsiniz ki, hələ 90-cı illərdə biz Belarus ərazisindən nüvə silahını çıxarmışıq. Biz bunu heç bir ilkin şərt olmadan edən ilk ölkə olduq”, deyə xarici işlər naziri xatırladıb.
Belarus XİN rəhbəri vurğulayıb ki, danışıqlar masası arxasına oturmaq və problemin həllini tapmaq üçün hər zaman imkan var. Onun sözlərinə görə, “...Prezidentimiz də daima bu barədə danışır”.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının iclasında Makey Belarus əsgər və hərbi texnikasının Ukraynaya göndərilmədiyini də bildirib. Belarusun Ukrayna böhranı kontekstində guya münaqişə tərəflərindən biri kimi təqdim olunduğuna münasibət bildirən nazir, Minskin heç vaxt müharibə tərəfdarı olmadığını bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB