Şimali Koreya ballistik raketi sınaqdan keçirməyə hazırlaşır

Şimali Koreya ballistik raketi sınaqdan keçirməyə hazırlaşır

Cənubi Koreya ordusu Şimali Koreyanın sualtı qayıqdan buraxılan ballistik raketi sınaqdan keçirməyə hazırlaşdığına dair əlamətlər aşkar edib. SİA xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Agentlik adı açıqlanmayan Cənubi Koreya hərbi mənbəsinə istinadən bildirir ki, hərbçilər bu həftə Şimali Koreyanın Cənubi Hamqyonq əyalətinin Sinpo şəhərində hazırlıqlar gördüyünü müəyyən ediblər. Məlumatı ABŞ-da yerləşən beyin mərkləzləri də təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə