Lavrov birqütblü dünyanın dağıldığını bəyan edib

Lavrov birqütblü dünyanın dağıldığını bəyan edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünyanın dağıldığını bəyan edib. O, belə bir bəyanatla BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı çıxış edib.

SİA-nın əldə etdiyi məlumata görə bunu “Lenta.ru”nun müxbiri xəbər verir.

“...Əsrlər boyu həddindən artıq istehlakı Asiya, Afrika və Latın Amerikasının resursları hesabına təmin edilmiş qızıl milyardların maraqlarına xidmət edən dünya inkişafının birqütblü modeli keçmişə çevrilir”.

Rus saytlarının yazdığına görə bunu Lavrov deyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, hazırda “milli maraqları müdafiə etməyə hazır olan suveren dövlətlərin yaranması bərabərhüquqlu, sosial yönümlü və davamlı çoxqütblü arxitekturanın formalaşmasına gətirib çıxarır”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında ABŞ-ı bütün yer kürəsini öz “arxa bağçasına” çevirmək istəməsinə görə qınayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə