Rusiyanın xarici işlər naziri Sergey Lavrovun şənbə günü çıxışı zamanı Ukraynanın BMT Baş Assambleyasındakı nümayəndələri iclas zalını tərk ediblər.
SİA TASS-a istinadən xəbər verir ki, ukraynalı diplomatlar çıxışın əvvəlində iştirak ediblər, lakin sonradan durub zalı tərk ediblər.
Qeyd olunur ki, rusiyalı nazirin çıxışı zamanı zalda ABŞ, Böyük Britaniya və Almaniya diplomatları da olublar, lakin onlar nə xarici işlər idarələrinin rəhbərləri və ya BMT-dəki daimi nümayəndələri səviyyəsində olmayıblar.
Rus saytları xatırladırlar ki,..amma sentyabrın 21-də Ukrayna Prezidenti Vladimir Zelenskini BMT Baş Assambleyasının sessiyasında distant formatda çıxışı zamanı Rusiya Federasiyasından olan diplomatlar (yüksək mədəniyyət nümayiş etdirərək) zalı tərk etməyiblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB