Çin buna imkan verməməyə çağırır

Çin buna imkan verməməyə çağırır

Çin hökuməti Ukrayna böhranında iştirak edən bütün ölkələri böhranın "daha da sıçramasına" imkan verməməyə çağırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu şənbə günü Dövlət Şurasının üzvü, Çinin xarici işlər naziri Vanq Yi BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

“...Biz bu böhranın bütün tərəflərini Ukraynadakı böhranın daha da yayılmasına imkan verməməyə çağırırıq", - Vanq Yi deyib.

O, həmçinin, Çinin “Ukraynadakı böhranın sülh yolu ilə həllinə yardım etmək üçün bütün səyləri” dəstəkləyəcəyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə