Yaponiyada tayfun 55 min evi susuz qoyub

Yaponiyada tayfun 55 min evi susuz qoyub

Yaponiyada Şizuoka şəhərində “Talas” qasırğası səbəbindən 55 min ev susuz qalıb.

SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, məlumatı NHK telekanalı yayımlayıb.

Belə ki, kanalın verdiyi xəbərə görə, qasırğa nəticəsində avadanlıq zədələnib. Yolların dağıdılması səbəbindən prefekturada 700 ailənin təchizatı kəsilib. Mütəxəssislərin təxmini sağalma müddətini verə bilməyəcəyi qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl Şizuoka prefekturasında 114 min evin işıqsız qaldığı bildirilirdi. Buna səbəb sürüşmə nəticəsində elektrik dirəklərinin uçması olub. Hamamatsu şəhərində çay öz sahilindən çıxaraq körpünü uçurub. Onlarla evin su altında qaldığı bildirilir.

Qasırğanın təsiri altında Şizuoka prefekturasında 12 saat ərzində 400 mm-dən çox yağıntı düşüb ki, bu da bu ərazidə sentyabr ayı üçün orta aylıq normadan 1,4 dəfə çoxdur. Prefektura 1,78 milyon insanın təxliyə edildiyini açıqlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə