Cəbhədəki “dönüş” 3-4 aya nəzərə çarpacaq...

Cəbhədəki “dönüş” 3-4 aya nəzərə çarpacaq...

Bu arada “Pravda.ru” media holdinqinin hərbi müşahidəçisi Aleksandr Artamonov səfərbər edilmiş vətəndaşların gəlişi nəticəsində cəbhədəki vəziyyətin ilk dəyişikliklərinin bu il noyabrın sonunda nəzərə çarpacağını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Ukraina.ru saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, səfərbər olanlar tezliklə cəbhəyə gəlməyəcək, çünki Rusiya Federasiyasında hazırlıqsız insanları döyüşə göndərmək təcrübəsi yoxdur(?).

Ona görə də, bu 3-4 ay, əsas ixtisaslar üzrə piyadaların hazırlanmasının klassik təcrübəsi təxminən 6 aya qədər davam edəcək.

Artamanov noyabrın sonuna kimi cəbhədən yaxşı dəyişikliklərin gözlənildiyinə ümidlidir.

“...Düşünürəm ki, biz fərqi hiss edəcəyik. Əminəm ki, ilk yaxşı dəyişikliklər noyabrın sonu - dekabrın əvvəlində başlayacaq. Biz bunu noyabrın 20-dən hiss etməyə başlayacağıq və dekabrın 25-dən əvvəl həlledici bir şey olacaq”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev müdafiə naziri Sergey Şoyquya məktub göndərərək vətəndaşların etimadını sarsıtmamaq üçün qismən səfərbərlik fonunda yaranan problemləri həll etməyə hazır olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə