İzyumda 436 meyit çıxarılıb, onlardan 30-da işgəncə izləri var..?

İzyumda 436 meyit çıxarılıb, onlardan 30-da işgəncə izləri var..?

Rusiya ordusundan azad edilən Xarkov vilayətinin İzyum şəhərində kütləvi məzarlıqdan meyitlərin eksqumasiyası başa çatıb. Ümumilikdə 436 cəsəd çıxarılıb, onların əksəriyyətində zorakılıq nəticəsində ölüm, 30-da isə işgəncə izləri var.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,

bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

“...Boynunda kəndir olan, əlləri bağlı, əl-ayağı sınıb, güllə yarası almış meyitlər var. Bir neçə kişinin cinsiyyət orqanı amputasiya edilib”.

Qeyd edək ki, bunları bildirən Sinequbov, ölənlər arasında 21 hərbçinin, qalanlarının isə mülki şəxslər olduğunu bildirib.

Sinegubovun dediyinə görə, İzyumda ən azı üç belə məzarlıq tapılıb. Bundan başqa Xarkov vilayətinin işğaldan azad edilmiş digər şəhərlərində də belə məzarlıqlar var.

İndi mütəxəssislər yoxlama və minalardan təmizləmə işləri aparırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə