Ölənlərin yekun sayı hələ məlum deyil...

Ölənlərin yekun sayı hələ məlum deyil...

Bu arada Tacikistan Qırğızıstanı 10-dan çox insanın ölümünə səbəb olan pilotsuz təyyarədən istifadə edərək Qafurov rayonunun Bobojon kəndindəki məscidə hücumda ittiham edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,

Qırğızıstan tərəfi bu ittihama cavab verməyib

Qeyd esək ki, hazırda Tacikistanla sərhəddə silahlı münaqişə nəticəsində ölən qırğızıstanlıların sayı 59-dan 62-yə yüksəlib. Bu barədə sentyabrın 24-də Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Tacikistan Xarici İşlər Nazirliyi sərhəd münaqişəsinin 41 qurbanı olduğunu bildirib. “Ozodi” radiosu öz mənbələrindən, qurbanların qohumlarından, sosial şəbəkələrdəki məlumatlara və yerli hakimiyyət orqanlarının məlumatlarına əsaslanaraq 70 ölmüş tacikin siyahısını hazırlayıb.

Deyilənlərə görə, siyahı qeyri-rəsmidir və hələ yekun deyil. Hər iki tərəf ölənlər arasında uşaqların olduğunu da bildirir.

Xatırladaq ki, sentyabrın 14-17-də Qırğızıstan və Tacikistan hərbçiləri arasında genişmiqyaslı toqquşma olub. Atışma nəticəsində yüzlərlə obyekt - evlər, sosial müəssisələr və hərbi obyektlər qismən və ya tamamilə dağılıb.

Sentyabrın 19-da danışıqlar nəticəsində Qırğızıstan və Tacikistan sərhədyanı rayonlarda silahlı münaqişənin həlli üçün hərbi əməliyyatların tam dayandırılmasını və qoşunların çıxarılmasını nəzərdə tutan sülh protokolu imzalanıb.

...Amma deyim ki, bu da “kövrək sülh”dür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə