ABŞ qitələrarası ballistik raketlərin uçuşlarını izləyən unikal “RC-135S Cobra Ball” kəşfiyyat təyyarəsini səmaya qaldırıb.
Bunu real vaxt rejimində təyyarənin mövqeyini izləməyə imkan verən ictimai veb xidməti- “Flightradar24” bildirib.
“RC-135S Cobra Ball” Alyaska üzərində, səmada görünüb.
“Focus”, böyük ehtimalla, təyyarinən yanacaq doldurmaq üçün uçduğunu bildirir.
Amma reallıq budur ki, sentyabrın 24-də səhər saatlarına olan məlumata görə, təyyarə Rusiya Federasiyasının sərhədində olub.
Deyilənlərə görə, təyyarə ABŞ-ın mərkəzindən uçub. Qeyd edək ki, Vaşinqton sonuncu dəfə “RC-135S Cobra Ball”u 2022-ci ilin aprelində - Rusiya Federasiyası Arxangelsk vilayətində "Sarmat"ını sınaqdan keçirərkən havaya qaldırmışdı.
Qeyd edək ki, “Boeing RC-135” ABŞ tərəfindən Soyuq Dünya Müharibəsi zamanı Sovet hava hücumundan müdafiə sistemini izləmək üçün istifadə edilən böyük strateji kəşfiyyat təyyarələri ailəsidir.
“RC-135S Cobra Ball” ekipajına ən azı iki pilot, bir naviqator, üç elektron müharibə zabiti, iki hava sistemləri mühəndisi və iki və ya daha çox hava-desant mütəxəssisi daxildir.
“RC-135S Cobra Ball” raketi 450-500 km-ə qədər məsafədə aşkar edir və müşayiət edir. Onlar yüksək dəqiqliklə raket mühərrikinin söndürülmə anını təyin edə, başlanğıc və düşmə nöqtələrini hesablaya bilirlər.
…İşğal olunmuş ərazilərdə keçirilən “referendum” ərəfəsində Putin xalqa müraciətində ilhaq edilmiş ərazilərə “təcavüz” olacağı təqdirdə dünyanı nüvə zərbəsi ilə hədələyib.
Rusiya Federasiyasının doktrinasına görə, Kreml yalnız öz ölkəsinin mövcudluğuna təhlükə gördüyü halda nüvə silahından istifadə edə bilər.
Rusiyanın nüvə şantajı Xarkov vilayətində səs-küylü hərbi məğlubiyyətdən sonra, Moskvanın qismən səfərbərlik yolu ilə işğal olunmuş sərhədləri qorumaq üçün təcili olaraq əlavə qüvvələr axtarmalı olduğu vaxt daha da gücləndi.
Onu da xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq sentyabrın 23-də Rusiya rəhbərliyinə Moskvanın kütləvi qırğın silahlarından istifadə edəcəyi təqdirdə “ağır nəticələr” barədə xəbərdarlıq edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB