Dünyanın ən çox əhalisi olan ikinci ölkəsinin şimalında yağan güclü yağışlar bəzi evlərin uçmasına, 34 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hindistanın şimalına güclü yağış yağıb.
Uttar Pradeş ştatında aramsız yağan yağışlar səbəbindən bəzi evlər uçub. Yerli hakimiyyət orqanları 24 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, ildırım vurması nəticəsində ştatda 12 nəfər ölüb. Rəsmilər yaxın günlərdə daha güclü yağışların olacağı barədə xəbərdarlıq edib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB