Pxenyan sualtı qayıqdan ballistik raket buraxmağa hazırlaşır

Pxenyan sualtı qayıqdan ballistik raket buraxmağa hazırlaşır

Cənubi Koreya Şimali Koreyanın sualtı qayıqdan ballistik raket atmağa hazırlaşdığına dair işarələr aşkar etdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreya Prezident Aparatından verilən açıqlamada Pxenyanın sualtı qayıqdan ballistik raket atmağa hazırlaşdığına dair işarələrin olduğu qeyd edilib.

Cənubi Koreya Baş Qərargahı Pxenyanın şərq sahil şəhəri Sinpoda hazırlıqlarının təsbit edildiyini açıqlayıb. SLBM adlandırılan sualtı qayıqlardan buraxılan ballistik raketlərin Sinpoda istehsal edilərək sınaqdan keçirildiyi və inkişafın ABŞ-ın birgə təlimlər çərçivəsində Cənubi Koreyaya bir təyyarə gəmisi göndərməsindən dərhal sonra baş verdiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə