ABŞ Ukrayna hadisələri fonunda amerikalılara müraciət edib

ABŞ Ukrayna hadisələri fonunda amerikalılara müraciət edib

Ağ Ev ABŞ vətəndaşlarına hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya getməməyi tövsiyə edib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

“…Biz həmçinin bir daha bildiririk ki, ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarına Ukraynaya səfər etməməyi tövsiyə edir”.

Mətbuat katibi ABŞ-ın Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsinə dair sazişin bağlanmasını bəyəndiyini də bildirib. Onun sözlərinə görə, bu tənzimləmə həm də iki ABŞ vətəndaşının vətənlərinə qayıtmasını nəzərdə tutur.

Jan-Pyer qeyd edib ki, Vaşinqton Kiyevə vətəndaşlığından asılı olmayaraq bütün hərbi əsirləri danışıqlara daxil etdiyinə görə minnətdardır.

O, əsir götürülən amerikalıların ailələrinə getməsini gözlədiklərini də vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl amerikalı hüquq müdafiəçisi Ajamu Baraka Ağ Evin Ukraynaya hərbi yardım göstərmək üçün ABŞ Konqresindən daha 11 milyard dollar istəmə qərarını sərt tənqid etmişdi.

O hesab edir ki, ABŞ prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya növbəti maliyyə yardımı paketi hazırlayaraq, Amerika vətəndaşlarını “cəhənnəm həyatı”na məhkum edir.

“…ABŞ-da Ukrayna ilə müharibəyə kim səs verib və nə üçün sadə amerikalılar bunun əvəzini ödəməlidir?” - deyə hüquq müdafiəçisi ABŞ rəhbərliyindən soruşur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə