Suriyaya pul köçürən rus “terrorçu” tutulub…

Surqutda Suriyadakı terrorçulara pul köçürən 30 yaşlı rusiyalı həbs edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Lente.ru”ya Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Müstəntiqlərin fikrincə, müttəhim 2014-cü ildə Rusiyada qadağan olunmuş terror təşkilatının yaraqlılarının istifadə etdiyi bank kartına pul köçürməsini təşkil edib. Bu pul da silah, hərbi geyim və digər döyüş vasitələrinin alınmasına xərclənib.

Cinayətin üstünü isə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları açıb. Həmin şəxs terrora yardım maddəsi ilə ittiham olunub. İndi Rusiya İstintaq Komitəsinin əməkdaşları hadisənin bütün hallarını araşdırır.

Yeri gəlmişkən, sentyabrın 7-də Moskvada bir rusiyalının Suriyadakı terrorçulara 100 pul köçürməsinə görə təxminən 17 il həbs cəzası verildiyi xəbəri yayılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...