Aktyor Alen Delon Ukrayna prezidenti Vladimir Zelenskiyə normal yeriyə bildiyi zaman Kiyevə gələcəyinə söz verib.

SİA bu barədə “RİA Novosti”-yə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Delon müvafiq vədi Zelenskiyə Ukrayna rəhbəri ilə müsahibə zamanı verib.

Qeyd edək ki, həmən müsahibə sentyabrın 23-də bütün Fransa telekanalları tərəfindən yayımlanıb. Müsahibə zamanı xüsusilə Zelenski aktyoru Kiyevə gəlməyə dəvət edib.

“...Normal şəkildə yeriyə bildiyim zaman gələcəm. Əminəm ki, bu elə də uzaqda deyil və getməyə dəyər, qorxmuram”, -deyə Delon Zelenskinin dəvətinə cavab olaraq bildirib.

Xatırladaq ki, 86 yaşlı aktyorun ayaqlarında problemlər 2017-ci ildə başlayıb. O, hətta bud arteriyasının bypassından da keçməli olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə