...Ermənistan Milli Assambleyasının aparat rəhbəri Vahan Naribekyan vəzifəsini lazımınca yerinə yetirmədiyinə görə töhmət alıb. Müvafiq qərarı Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın əmək müqaviləsi haqqında qanunun 223-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq qəbul edib.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, problem Vahanın bişirdiyi qayğanağa duz qatmaması ilə bağlı deyil. Tamam başqa məsələdir.
Beləliklə, “...aparat rəhbəri – Milli Assambleyanın baş katibi Vahan Naribekyana qarşı vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə inzibati cəza tətbiq edilsin”, - qərarda deyilir.
Nədir bu "binəvanın" günahı? Sən demə, Naribekyan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə parlamentin spikeri Alen Simonyanın birgə mətbuat konfransı zamanı düzgün tərcümə təqdim etmədiyi üçün töhmət alıb.
...Hər şeydən əvvəl demək istərdim ki, bu Vahana qarşı haqsızlıqdır, ayrıseçkilikdir daha nə bilim nədir. Əgər buna görə, adama töhmət düşürsə, onda birinci töhməti elə Nikola vermək lazımdır.
Siz erməniləri bilmirəm, amma məni Nikolun Vladivastokdakı çıxışını dinləyən hansısa bir dilmancın onu erməni dilinə tərcümə edə bilməsinə, şəxsən mən...yox, elə heç kim inanmaz. Elə bil ağzından...
Nə bilmək olar, Nensi Pelosi də bir ayağı burda, o biri bir ayağı da...Allah bilir harada...
Ona görə, Vahanda elə də bir günah yoxdur. Alen Simonyan da bilməlidir ki, Nensi kimi bulamequn adamların dediklərini tərcümə etmək elə də asan deyil.
Ağasəf Babayev
парламента Армении получил выговор
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB