ABŞ-la Hindistan pilotsuz uçuş aparatlar istehsal edəcəklər...

"France-Presse" agentliyi xəbər verir ki...
ABŞ-la Hindistan pilotsuz uçuş aparatlar istehsal edəcəklər...

Vaşinqton Nyu-Dehli ilə birlikdə pilotsuz uçuş aparatları istehsal etmək niyyətindədir. Hindistanda istehsal olunacaq aparatlar regionun digər ölkələrinə ixrac ediləcək.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, "France-Presse" agentliyi xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin Hind-Sakit Okean regionunda təhlükəsizlik məsələləri üzrə köməkçisi İlay Ratner deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiya istehsalı olan silahları əvəzləməyə və özünün müdafiə istehsalını artırmağa çalışan Hindistana dəstək verməyə çalışır.

İ.Ratner Hindistanın sonradan regiondakı iki tərəfdaş ölkəyə müvafiq məhsulları uyğun qiymətlərlə ixrac edə biləcəyini bildirib.

Pentaqonun nümayəndəsi qeyd edib ki, əsasən təyyarələrdən buraxılan pilotsuz uçuş aparatlarının və dronlara qarşı müdafiə sistemlərinin birgə istehsalı planlaşdırılır. Bundan başqa, ABŞ qısa və ortamüddətli perspektivdə Hindistanla iri silahların istehsalı imkanlarını da nəzərdən keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə