Finlandiya hakimiyyəti sentyabrın 23-ü cümə günü Rusiya vətəndaşlarının ölkəyə girişini və onlara viza verilməsini məhdudlaşdırmaq üçün “fundamental qərar” qəbul edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,
bu barədə “RİA Novosti” Finlandiya prezidentinin ofisinə istinadən yazır.
Qeyd olunur ki, bu barədə qərar Finlandiya rəhbəri Sauli Niinistö, hökumətin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nazirlər komitəsinin birgə iclasında qəbul edilib. Xatırladaq ki, əvvəllər guya ölkə sərhədi Rusiya Federasiyası vətəndaşları üçün tamamilə bağlanmayacağını bildirilirdi.
Bu arada Finlandiya Xarici İşlər Nazirliyi ştatda belə bir qərarın qəbul edilməsinə əsaslanan qanunların olmadığını vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB