“ABŞ-da da nüvə raketlərini buraxan düymələr var”

“ABŞ-da da nüvə raketlərini buraxan düymələr var”

...Kreml Ukraynaya qarşı belə bir addım atsa, ABŞ Rusiyaya qarşı taktiki nüvə silahından istifadə edə bilər. Qeyd edək ki, bunu BMT Baş Assambleyasının iclasında iştirak edəcəyi Nyu-Yorkda Polşa prezidenti Anjey Duda deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini “Polsat News” sitat gətirir.

ABŞ-ın böyük nüvə dövləti, dünyanın ən böyük hərbi dövləti olduğunu bəyan edən Anjey Duda ruslara xatırladırmış kimi, ABŞ-da da nüvə raketlərini buraxan düymələr olduğunu bildirib.

“Rusiya nüvə silahı olmayan dövlətə qarşı bütün tabuları pozarsa, bu ölkənin öz ərazisini qoruduğu adi silahlara qarşı taktiki nüvə silahı tətbiq edilərsə, təbii ki, Rusiya cavab gözləyə bilər.

Əslində Dudanın bunu deməsindən asılı olmayaraq, bu doğrudan da gögözləniləndir. Elə ABŞ-ı bir kənara “qoyub”, Böyük Britaniyanı “götürək. Belə ki, yeni baş nazir Liz Trass hələ baş nazir olmamışdan da əvvəl Ruiyanın nüvəsinə nüvə ilə cavab verəcəyini bildirmişdi.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Polşanın seçkilər ərəfəsində “böyük nix ərəfəsində” olduğunu demişdi.

Yəni Lukaşenkonun ehtimalına görə, guya Polşa vətəndaşları hazırda prezident Anjey Duda administrasiyası tərəfindən həyata keçirilən siyasətdən imtina edəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə