Rusiya Donetsk, Luqansk, Zaporojye və Xersonda referendum keçirir
Ukraynanın şərqində Rusiyanın nəzarəti altında olan qondarma Donetsk və Luqansk xalq respublikaları, eləcə də Rusiya ilə birləşməyi planlaşdıran Zaporojye və Xerson vilayətlərində referendum başlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin nəticələri dəstəkləyəcəyini bəyan etdiyi referendum sentyabrın 27-dək davam edəcək.
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba referendumla bağlı qərara reaksiya verərək “Saxta referendumlar heç nəyi dəyişməyəcək” deyib.
Türkiyə Xarici İşlər Nazirliyi “Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində birtərəfli referendum keçirmək cəhdlərindən narahatıq” deyə bildirib.
ABŞ prezidenti Co Bayden referendumu Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin "ciddi şəkildə pozulması" adlandırıb.
Rusiyanın sözügedən bölgələri referendum nəticəsində ilhaq edəcəyi gözlənilsə də, Rusiya rəsmiləri referendumdan sonra Rusiya ərazisi sayılacaq bölgələri müdafiə etmək üçün strateji nüvə silahlarından da istifadə edə biləcəkləri barədə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB