BMT Baş katibi nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib

BMT Baş katibi nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib

Nüvə fəlakəti dünya üçün dözülməz olar. SİA xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş "Twitter" səhifəsində yazıb.

“Zaporojye Atom Elektrik Stansiyasında vəziyyət ciddi narahatlıq doğurur. Nüvə infrastrukturuna hansısa hücum planet və insanlar üçün dəhşətli nəticələrə səbəb ola bilər”, - o bildirib.

Xatırladaq ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin Qərbə qarşı nüvə silahını tətbiq edə biləcəyinə işarə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə