"İnstaqram" və "vatsap" bloklanıb - İRANDA

İranda "instaqram" sosial şəbəkəsi və "vatsap" messencerinin fəaliyyəti dayandırılıb. SİA xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İranda sadalanan xidmətlərə çıxışda problemlər sentyabrın 21-i axşam saatlarından müşahidə olunur. Agentliyin məlumatına görə, İran hakimiyyəti xidmətlərin bloklanmasının əsas səbəbi kimi "instaqram" və "vatsap"da “müxalifət elementlərinin milli təhlükəsizliyin əsaslarını pozan hərəkətləri” əsas gətirib. Ölkədə xidmətlərin bərpası ilə bağlı hələ məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə