El Salvadorda torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub

Mərkəzi Amerika ölkəsi olan El Salvador torpaq sürüşmələri ilə mübarizə aparır. SİA xəbər verir ki, bu gün ölkənin iki fərqli şəhərində baş verən sürüşmə nəticəsində ümumilikdə 7 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə yaralandığı bildirilib. Torpaq sürüşmələrindən birinin paytaxt San Salvadorun 16 kilometr cənub-qərbində yerləşən Huizucar şəhərindəki kənddə baş verdiyi və 3-ü uşaq olmaqla ümumilikdə 5 nəfərin dağılmış evdə həyatını itirdiyi bildirilib. Pançimalko şəhərində baş verən digər sürüşmədə isə evləri torpaq altında qalan 2 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə yaralandığı bildirilib. Səlahiyyətlilər təbii fəlakətlə əlaqədar təcili yardım əməkdaşlarının bölgəyə çatdığını və vətəndaşlara dəstək verdiyini bildirib. El Salvador Mülki Müdafiə Agentliyi ölkənin okean sahillərindəki 29 şəhərdə narıncı, digər şəhərlərdə isə son günlər bölgədə təsirli olan şiddətli yağışlar səbəbilə sarı həyəcan siqnalı verildiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə