BMT Türkiyəyə əsirlərin mübadiləsinə görə təşəkkür etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Türkiyəyə hərbi əsirlərin mübadiləsində oynadığı rola görə təşəkkür edib. SİA xəbər verir ki, Quterreş BMT Təhlükəsizlik Şurasında xarici işlər nazirlərinin iştirakı ilə keçirilən sessiyada Ukrayna-Rusiya müharibəsinin bitmədiyinə diqqət çəkib. Rusiya prezidenti Vladimir Putinin səfərbərlik qərarının “təhlükəli və narahatedici” olduğunu bildirən Quterreş bu addımın sülhdən uzaqlaşdığını və daha çox qan tökülməsinə səbəb olacağını bildirib.

"Bu mənasız müharibə Ukraynaya və bütün dünyaya qeyri-məhdud və dəhşətli zərər vurmaq potensialına malikdir", - Quterreş bildirib. Ukraynanın şərqindəki qondarma referendum planlarının da son dərəcə narahatlıq doğurduğunu dilə gətirən Quterreş güc tətbiq etməklə başqa ölkənin ərazisinin ilhaqının beynəlxalq hüquq və BMT Konvensiyasını pozduğunu qeyd edib.

Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynada insan haqları pozuntuları ilə bağlı araşdırmaya başladığını və bunun son dərəcə narahatlıq doğurduğunu vurğulayan Quterreş tərəfləri BCM ilə əməkdaşlığa çağırıb. Ukrayna ilə Rusiya arasında 200-dən çox hərbi əsir dəyişdirilməsinin müsbət hal olduğuna diqqət çəkən Quterreş, "Türkiyə və Səudiyyə Ərəbistanı hökumətlərinə bu razılaşmada oynadıqları rola görə təşəkkür edirəm" dedi. İyul ayında Türkiyənin dəstəyi ilə Ukrayna ilə Rusiya arasında imzalanan taxıl müqaviləsi sayəsində 4,3 milyon tondan çox taxıl və ərzaq ixrac edildiyini xatırladan Quterreş taxıl və ərzaq daşıyan gəmilərin Əfqanıstan, Afrika və Əfqanıstan daxil olmaqla 29 ölkəyə getdiyini bildirib. Quterreş qeyd edib ki, BMT həmçinin Rusiya ərzaq və gübrə məhsulları, o cümlədən ammonium nitrat üçün qlobal bazarlara çıxış üçün Rusiya ilə anlaşma memorandumu imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə