Türkiyədə hava şəraitinin dəyişməsi sel və daşqınlara səbəb olub

Türkiyədə kəskin istiləri güclü yağışlar əvəz etməyə başlayıb. Leysan nəticəsində yaranan sel və daşqınlar yaşayış məskənlərinə və təsərrüfata ciddi ziyan vurub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bartın, Osmaniyə, Ərdahan, Kayseri və digər vilayətlərdə küçə və meydanları sel suları basıb. Bir sıra yerlərdə nəqliyyatın hərəkəti çətinləşib. Onlarla avtomobil su altında qalıb. Təbii fəlakət bölgələrinə xilasedici briqadalar cəlb olunub.

Meteoroloqlar əlverişsiz hava şəraitinin davam edəcəyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə