Ağ Ev Rusiya ilə iş aparmaqdan imtina edib..?

Yetər? Daha “Rusiya Federasiyası ilə həmişəki kimi davranmaq olmaz”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bunu Ağ Evin adından bəyan edib.

Verilən xəbərlərə görə, BMT Baş Assambleyasının kuluarlarında jurnalistlərin suallarını cavablandırıb Kirbi Moskva ilə Vaşinqton arasında dialoqun bərpasının vaxtı ilə bağlı sualı cavablandırarkən bu barədə danışmağın hələ tez olduğunu bildirib.

“...Bizim fikrimizcə, indi həmişə olduğu kimi Rusiya Federasiyası ilə iş aparmağın vaxtıdır”, - deyə amerikalı rəsmi bildirib.

Qeyd edək ki, bundan bir müddət əvvəl əvvəl Kirbi Ukraynadakı münaqişənin tezliklə bitməyəcəyini demişdi.

O, dövlətlərin Kiyevə hərtərəfli dəstəyi davam etdirəcəklərini də istisna etməmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...