"Bu, əsrin ən böyük təhlükəsi ola bilər" - ÜST

"Bu, əsrin ən böyük təhlükəsi ola bilər" - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi hesabatda yoluxucu olmayan ürək və ağciyər xəstəlikləri ilə xərçəng, diabet kimi xəstəliklərdən ölüm halları araşdırılıb. SİA xəbər verir ki, hesabata görə, xərçəng, şəkərli diabet və xroniki respirator xəstəliklər hər il 41 milyon insanın həyatına son qoyur. Bundan əlavə, 2019-cu ildə 70 yaşa qədər 17 milyon insan qeyri-infeksion xəstəliklər səbəbindən vaxtsız dünyasını dəyişib. Ölümlərin 86%-i aşağı və ya orta gəlirli ölkələrdə baş verib. Qeyri-infeksion xəstəliklərə görə insan itkisinin yoluxucu xəstəliklərdən daha çox olduğu müşahidə edilib.

ÜST-nin baş direktoru dr. Tedros Adhanom Ghebreyesus, "Qeyri-infeksion xəstəliklərin yaratdığı təhdidlərin əsl miqyası bu hesabatla bir daha başa düşülür" ifadəsini işlədib.

Yoluxucu xəstəliklərin qarşısını almaq üçün bütün dünyada tətbiq oluna bilən ucuz üsulların olduğuna diqqət çəkən Qebreyesus, tədbir görülməsə bu cür xəstəliklərin əsrin ən böyük təhlükəsinə çevrilə biləcəyi xəbərdarlığını edib.

Bütün xəbərlər Facebook səhifəmizdə