Rusiya 10 hərbi əsiri azad edib

Rusiya Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə 5-i ingilis olmaqla 10 hərbi əsiri azad edib. SİA xəbər verir ki, Ukrayna sıralarında Rusiyaya qarşı döyüşərkən əsir düşən 5-i ingilis olmaqla ümumilikdə 10 hərbi əsir azad edilib. Britaniyanın baş naziri Liz Truss Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə həyata keçirilən əsirlərin qaytarılması prosesindən sonra 5 ingilisin azadlığa buraxıldığını təsdiqləyib, sərbəst buraxılan əsirlər təyyarə ilə Səudiyyə Ərəbistanına gətirilib.

Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına əsirlərin azad edilməsinə kömək etdiyinə görə təşəkkür edib və deyib: “Rusiya hərbi əsirlərin və mülki məhbusların siyasi məqsədlər üçün vəhşicəsinə istismarına son qoymalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə