Fransanın cənub-şərqində fəaliyyət göstərən nüvə obyektində yanğın baş verib. SİA xəbər verir ki, Fransa Nüvə Təhlükəsizliyi Təşkilatı ölkənin cənub-şərqində uran nüvə obyektində yanğın baş verdiyini açıqlayıb. Təşkilatdan verilən açıqlamada yanğının nəzarət altına alındığı, radioaktiv maddənin alovdan təsirlənmədiyi bildirilib. Digər tərəfdən, Təşkilat yanğın zamanı işə salınan təcili yardım mərkəzinin alov nəzarət altına alınaraq normal iş rejiminə gətirildiyini bildirib. Bildirilib ki, sabah xüsusi qruplar bölgədə ətraflı yoxlamalar aparacaq. Yanğında işçilərin zərər çəkmədiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB