Bunu Cozef Bayden bildirib
ABŞ prezidenti Cozef Bayden bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ərzaq və gübrə ixracına heç bir maneə yaratmır.
SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Bayden BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasının tribunasından çıxışı zamanı belə bildirib.
“Mən bir məqamı çox aydınlaşdırmaq istəyirəm: sanksiyalarımız birmənalı olaraq Rusiyaya ərzaq və gübrə ixrac etmək imkanı yaradır. Buna heç bir məhdudiyyət yoxdur”, - Amerika lideri bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB