Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Finlandiya Rusiya vətəndaşlarının ölkəyə girişinə tam qadağa tətbiq etməyə hazırlaşdığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazir bunu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında deyib.
“...Bu gün biz bu turist axınını necə məhdudlaşdıra biləcəyimizə və ya tamamilə qarşısını ala biləcəyimizə dair milli qərar hazırlamağa başlamağa qərar verdik və bu milli qərar çox tez qəbul ediləcək yeni qanun və ya mövcud qaydaların şərhini ehtiva edə bilər”. Qeyd edək ki, finlandiyalı nazir deyib bunları.
Onun sözlərinə görə, artıq işlərə başlanılıb və XİN rəhbərliyi ilə müxtəlif nazirliklərin ekspertləri tərəfindən həyata keçirilir.
Maraqlıdır ki, Haavisto onu da qeyd edib ki, “Finlandiya hətta başqa ölkələr tərəfindən verilmiş Şengen vizası olan ruslar üçün də tranzit ölkə olmaq istəmir”.
Xatırladaq ki, bundan əvvəl Estoniya, Latviya, Litva və Polşa rusların ölkəyə girişinə tam qadağa tətbiq etmək qərarına gəliblər. Qeyd edək ki, Finlandiya bəzi əsaslar gətirib bunu etmədi, ancaq viza müraciətlərinin sayını məhdudlaşdırmaq qərarına gəldi. Amma sonra Finlandiya səlahiyyətliləri Rusiya vətəndaşları üçün turist vizalarını sanksiyaların əhatəsinə daxil etmək təşəbbüsü ilə çıxış etdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB