ABŞ prezidenti Cozef Bayden BMT Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasını və onun hazırkı daimi üzvlərinin veto hüququndan yalnız nadir hallarda istifadə etmələrini zəruri hesab edib.
SİA “İnterfaks”ın məlumatına istinadən xəbər verir ki, bunu Bayden BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasının tribunasından çıxışı zamanı deyib.
“ABŞ BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi nümayəndələrinin sayının artırılmasının tərəfdarıdır”-deyə Bayden bildirib.
Maraqlıdır ki, o, Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün BMT Təhlükəsizlik Şurasında yerlərin ayrılmasını zəruri hesab edib.
Bayden, BMT Təhlükəsizlik Şurasının üzvlərinin “nadir, fövqəladə hallar istisna olmaqla, vetodan istifadə etməkdən çəkinməlidir”-deyə bildirib.
O, BMT Təhlükəsizlik Şurasının “etibarlı və effektiv işləyən” bir qurum olaraq qalması üçün bu cür tədbirlərin zəruri olduğunu qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB