Gürcüstan hakimiyyəti Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqini “heç bir nöqteyi-nəzərdən” hesab etmir. SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze danışıb.
O, hökumətin dövlət təhlükəsizliyinin mümkün qədər qayğısına qaldığını vurğulayıb.
“…İki dəfə rusiyalı turistlərin guya ciddi təhlükə törətdiyi kampaniyası aparılıb və hər iki dəfə yoxlamadan sonra bunun tamamilə əsassız, saxta, süni və siyasi məqsədlər daşıdığı üzə çıxıb. Ona görə də vəziyyət tam nəzarət altındadır”, - deyə Kobaxidze əlavə edib.
…Bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasında qismən səfərbərliyin elan edilməsi haqqında” fərman imzalayıb deyə, Gürcüstana gəlmək istəyən rus turistlərin gəlişi də intensivləşib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB