Dünyanın ən uzun kitabı bir cilddə nəşr olundu

Dünyanın ən uzun kitabı bir cilddə nəşr olundu

Ən məşhur manqa seriyalarından biri olan "One Piece"in bircildlik kitabı satışa çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyanın ən uzun kitabı adına sahib olan əsər 21 min 450 səhifədir. 50 nüsxə ilə buraxılan məhdud tirajlı kitablar sentyabrın 7-də buraxıldıqdan bir neçə gün sonra satılıb qurtardı.

Eiiçiro Oda tərəfindən yazılmış "One Piece" 1997-ci ildən bəri hər həftə nəşr olunur. Bu günə qədər 416 milyon nüsxədən çox çap edilmiş manqa "Ginnesin" Rekordlar Kitabına düşüb və bu günə qədər ən böyük tək müəllifli komiks seriyasına çevrilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com