Bu arada Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ukraynalıları düşmən hesab etməməyə çağırıb. SİA bu barədə “RİA Novosti”yə istinad edir.
Bu gün Ukraynanın Rusiyaya düşmən olan dövlətə çevrilmək təhlükəsi olduğunu bildirən Patriarx Kirill, ruslara ukraynalılara qarşı ürəklərində düşmən olması hissini yaratmamağa çağırıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl Ukrayna Ali Radasına ölkədə Rusiyada idarə olunan strukturların tərkib hissəsi olan dini qurumların fəaliyyətini qadağan edən qanun layihəsi təqdim edilib. Deməli bununla həm Moskva Patriarxlığının Rus Pravoslav Kilsəsi, həm də Ukrayna Pravoslav Kilsəsi bu ifadənin altına düşmüş olur.
...Və daha sonra müstəqilliyini elan edən Ukrayna Pravoslav Kilsəsi bir sıra prinsipial mühüm mövqelərdə, xüsusən də Ukraynadakı münaqişə ilə bağlı Patriarx Kirillin mövqeyi ilə razılaşmayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB