Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatda yeni taktikaya keçdiyini və ukraynalıların tezliklə “yeni cavab planının” ən ağır nəticələri ilə üzləşəcəklərini bildirib.
...Kadırov elə belə də deyib, ““vsyo”, ukraynalıların kitabı bağlandı”.
O qeyd edib ki, Çeçenistan Respublikasının xüsusi hərbi əməliyyat üzrə Əməliyyat Qərargahının rəisi Maqomed Daudovla birlikdə yeni taktikanın bütün detallarını müzakirə ediblər.
Çeçenistan rəhbərinin sözlərinə görə, Rusiya Federasiyasının əvvəlki bütün hərəkətləri indi Kiyevə “uşaq zarafatları” kimi görünəcək.
Amma deyim ki, Ramzan ukraynalılara əvvəlcədən xəbərdarlıq da edib ki, sağ qalmaq istəyənlər yubanmadan qaçıb aradan çıxsınlar.
“...Banderaçılar, artıq sizin istirahətə az vaxtınız qalıb, bundan sonra sizlər üçün çox pis olacaq.Ona görə də hər iki tərəfə diqqətlə baxın”. Kadırov deyib bunları və təbii ki, əgər Ramzan deyirsə, bilin ki, edəcək...
Bu arada SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya “Rus baharı” Ukrayna Silahlı Qüvvələrinin bütün ehtiyatlarını cəmləşdirərək həlledici hücuma keçəcəyi barədə xəbər veribmiş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB