Ərdoğan Finlandiya prezidenti ilə Cənubi Koreya prezidentini görüşdürdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində Finlandiya və Cənubi Koreya liderlərini təqdim edib. SİA xəbər verir ki, Prezident Ərdoğan Finlandiya prezidenti Sauli Niinisto ilə BMT-nin qərargahında görüşdükdən sonra onları ziyarətə gələn Cənubi Koreya prezidenti Yoon Suk-yeol ilə bir müddət söhbət edib.
Cənubi Koreya prezidenti Suk-yeol prezident Ərdoğanın NATO-dakı rolunu və liderliyini yüksək qiymətləndirdiklərini bildirib. Ərdoğan Suk-yeolun onu ölkəsinə dəvət etməsindən sonra ən qısa zamanda Cənubi Koreyaya səfər etməyi planlaşdırdığını bildirib və "Görüşməliyik. Görməli çox işimiz var”, - deyə o bildirib.
Suk-yeol həyat yoldaşı Kim Kun Heenin Nyu Yorkda Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın ev sahibliyi edəcəyi türk mətbəxi proqramına qatılacağını da bildirib. Digər tərəfdən prezident Ərdoğan Banqladeş Baş naziri Şeyx Hasina Vecid ilə də söhbət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB