Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyası iclasları çərçivəsində ABŞ-ın Nyu-York şəhərində olan Serbiya prezidenti Vuçiç Serbiya Radio və Televiziyasına (RTS) açıqlama verib. SİA xəbər verir ki, liderin açıqlamasında deyilir: "Düşünürəm ki, biz xüsusi əməliyyatlar mərhələsindən böyük müharibəyə yaxınlaşırıq. İndi sual sərhədlərin harada olması və bir müddətdən sonra, bəlkə də bir-iki aydan sonra böyük bir dünya münaqişəsinə girib-girməyəcəyimizdən ibarətdir".
Vucic həmçinin Rusiya və Çinin Qərblə münasibətlərinin daha mürəkkəb olacağını gözlədiyini də diqqətə çatdırıb. O, yaxın 7-10 gün ərzində ölkəsi üçün mühüm qərarlar alacağını və bu qərarları gələn həftə vətəndaşları ilə bölüşəcəyini bildirib. Nyu-Yorkda ikitərəfli təmasları çərçivəsində mühüm görüşlər keçirdiyinə diqqət çəkən Vuçiç, başqa bir ölkənin Kosovonun müstəqilliyinin tanınmasını geri götürməyə qərar verdiyini və bu ölkə ilə bağlı heç bir məlumat vermədiyini bildirib. Vuçiç iddia edib ki, son aylarda 7 ölkə Kosovonun müstəqil dövlət kimi tanınmasını ləğv edib. Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etmiş Kosovonu öz ərazisi hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB