Burada Rusiya nümayəndə heyəti üçün “soyuq” olacaq

Rusiya BMT Baş Assambleyasının işində iştirak etmək üçün 56 rusiyalıya ABŞ vizasının verilməsini tələb edir
Burada Rusiya nümayəndə heyəti üçün “soyuq” olacaq

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasına səfər etmək niyyətindədir. Amma ABŞ Dövlət Departamentinin sözçüsü Andrea Kalan Rusiya nümayəndə heyəti üçün “soyuq” olacağını bildirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Azadlıq” telekanalının efirində danışıb.

“...Nyu-Yorkda, BMT-nin Baş Assambleyasında Rusiya nümayəndə heyəti üçün “soyuq” olacaq”, - qeyd etdiyimiz kimi bun Kalan bildirib.

Bununla yanaşı Departamentin sözçüsü hazırda Rusiyanın İran, Şimali Koreya və buna bənzər digər ölkələr tərəfindən dəstəkləndiyini bildirib.

“...Afrika və cənub ölkələri başa düşürlər ki, ərzaq böhranı Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranıb. Onlar qlobal problemlərin məhz bundan qaynaqlandığını da başa düşürlər. Yəni nə baş verdiyini hamı görür. Bu, çox böyük “qayıq”dır və Ukraynanın bütün dostları bu qayıqdadırlar”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Maraqlıdır ki, Andrea Kalan Ukraynadakı müharibənin təkcə Avropa üçün deyil, həm də Afrika, Yaxın Şərq və digər ölkələr üçün təhlükə yaratdığına diqqət çəkib.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl, Rusiya ABŞ-dan xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinə Nyu-Yorkda, BMT Baş Assambleyasında iştirakına görə viza verilməsini tələb etmişdi.

Sonra, dəqiq desək, sentyabrın 3-də “Reuters” agentliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birlikdə BMT Baş Assambleyasının işində iştirak etmək üçün 56 rusiyalıya ABŞ vizasının verilməsini tələb etdiyini, lakin onların heç birini hələ almadığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə