Amerika ordusu ifşa olundu

"Tvitter" və "facebook" avqust ayında ABŞ-ın xeyrinə beynəlxalq dezinformasiya şəbəkəsinə aid olduğu müəyyən edilən 150-dən çox hesabı dayandırdıqdan sonra Pentaqon tədbir görüb. SİA xəbər verir ki, müdafiə siyasəti üzrə müşavir Colin Kahl, hərbi məlumat əməliyyatları həyata keçirən bütün bölmələrin fəaliyyəti ilə bağlı araşdırma başladıb.

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında Kahlın nəzərdən keçirmə əmri ilə bağlı sualları cavablandırıb. Rayder, "facebook" və "tvitter"in Pentaqona bağlanan hesablarla bağlı heç bir məlumat vermədiyini, lakin bu açıqlamanın nazirlik üçün hərbi məlumat əməliyyatlarını yoxlamaq üçün bir fürsət olduğunu müdafiə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə