Avropa İttifaqına sədrlik edən Çexiyanın Avropa işləri üzrə naziri Mikulas Bek İttifaqın Aİ işlərinə məsul nazirlərinin görüşündən sonra Aİ Komissiyasının vitse-prezidenti Maros Şefçoviç və Aİ Komissiyasının ədliyyədən məsul üzvü Didye Reynders ilə birgə mətbuat konfransı keçirib. SİA xəbər verir ki, Bek, 20-21 oktyabr tarixlərində keçiriləcək Aİ Zirvə toplantısına hazırlıqla yanaşı, enerji, iqlim, İngiltərə, Çin və Cənubi Asiya ilə əlaqələr, Qərbi Balkanlar, Avropa Siyasi Birliyi toplantısı kimi mövzulardan danışıb.
Ümumilikdə Aİ-nin gündəmində, eləcə də bəzi sahələrdə yekdillik əvəzinə qərarların ixtisaslı səs çoxluğu ilə qəbul edilməsi məsələsinin də müzakirə edildiyi bildirilib. Üzv dövlətlərin AB razılaşmasını dəyişdirmədən bəzi xüsusi mövzularda səs çoxluğu ilə keçməsinə imkan verən “Passarelle bəndi” kimi tanınan mexanizmin də müzakirə edildiyini ifadə edən Bek, üzv ölkələrdən fərqli səslərin gəldiyini bildirib. Bek qeyd edib ki, üzv dövlətlərə belə bir səsvermənin hansı sahələrə keçməsi barədə razılığa gəlmək üçün vaxt lazımdır. Xüsusilə xarici əlaqələr sahəsində qərarların yekdilliklə deyil, ixtisaslı səs çoxluğu ilə qəbul edilməsi ideyası illərdir müzakirə olunur. Macarıstan Rusiyaya qarşı sanksiyaların bəzi hissələrinə qarşı çıxdığı üçün bu ideya yenidən gündəmə gəlib. AB daxilində daha az nüfuzlu Çexiya, Rumıniya və Slovakiya kimi ölkələr bu dəyişikliyin öz maraqlarına kölgə salacağını əsas gətirərək onun tərəfdarı deyillər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB