Serbiya prezidenti Aleksandar Vuçiç “RTS” telekanalına müsahibəsində yaxın aylarda planetdə İkinci Dünya Müharibəsindən bəri görünməyən qlobal münaqişə başlaya biləcəyinin xəbərdarlığını edib. SİA bu barədə rus saytlarına istinad edir.
Vuçiç bildirib ki, BMT-nin Baş katibi Antoniu Quterreş planetdəki vəziyyətin inkişafı ilə bağlı nisbətən mülayim, kifayət qədər tutqun da olsa, öz proqnozunu təqdim edib. Onun fikrincə, “real proqnozlar daha tutqun olmalıdır”.
Qeyd edək ki, Serbiya prezidenti Rusiyanın xüsusi əməliyyatının tədricən daha böyük hərbi münaqişəyə çevriləcəyini iddia edir. Onun fikrincə, əsas sual münaqişənin “İkinci Dünya Müharibəsindən bəri bizdə olmayan” güclərin qlobal qarşıdurmasına çevrilib-çevrilməməsidir.
Vuçiç qeyd edib ki, sülh və təhlükəsizlik şəraitində yaşamaq istəyən kiçik dövlətlər üçün bu gün yaxşı xəbərlə yroxdur.
Bununla yanaşı, Serbiya rəhbəri bildirib ki, BMT Baş Assambleyasının 77-ci sessiyasına 150-dən çox ölkənin nümayəndəsi toplaşıb. Onun sözlərinə görə, buna müsbət yanaşmaq lazımdır, çünki dövlət başçıları ümidsizliyə qapılmayıblar, indiki böhrandan çıxış yolu axtarırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB