Makron da sözünü dedi:referendumun nəticələrini tanımayacağıq

Makron da sözünü dedi:referendumun nəticələrini tanımayacağıq

Fransa prezidenti Emmanuel Makron Donbass, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ilə bağlı keçiriləcək referendumun nəticələrini tanımadığını bildirib.

TASS-ın “BFM” telekanalına istinadən verdiyi xəbərə görə, Makron referendumları təxribat və sinizm adlandırıb. SİA bu barədə rus saytlarına istinad edir.

“...Söhbət bizim mövqeyimizə heç bir təsiri olmayacaq əlavə təxribatdan gedir. Aydındır ki, bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq”.

Makron həmçinin yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə danışmaq niyyətində olduğunu da bildirib. “RİA Novosti”nin məlumatına görə, Makronun sözlərinə görə, iki lider söhbət zamanı nüvə təhlükəsizliyi məsələlərinə toxunacaqlar.

“...İki həftə əvvəl biz bu məsələni artıq müzakirə etmişik. Nazirlərimiz işləyir, dünən xarici işlər nazirimiz rusiyalı həmkarı ilə bu mövzuda danışıb”.

O daha sonra qeyd edib ki, çərşənbə günü MAQATE-nin baş direktoru ilə görüşəcək. “Bu görüşün nəticəsindən və birgə formalaşdırdığımız dəqiqləşdirmələrdən asılı olaraq, mən prezident Putinlə yenidən danışacağam”, - deyə Makron bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə