...Budur, ilk reaksiya almanlardan gəldi.
...Almaniya Ukrayna ərazilərinin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendumları tanımır.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
…Rusiya öz qoşunlarını Ukraynadan çıxarmalıdır. Ukraynanın öz ölkəsinin bütövlüyünü və suverenliyini və demokratiyasını müdafiə etmək hüququ var, biz bu işdə Ukraynanı dəstəkləyirik.
Qeyd edək ki, Şolts bunu BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gələrkən bildirib.
Alman kansleri qarşıdan gələn referendumları uydurma adlandırıb, çünki onlar “beynəlxalq hüquq və dünya ictimaiyyətinin əldə etdiyi anlaşma ilə əhatə olunmur”.
Xatırladaq ki, guya bu gün, sentyabrın 20-də Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin prezident Vladimir Putinə müraciət edərək, sakinlərin müsbət qərarı olacağı təqdirdə regionun Rusiyaya qoşulması məsələsinə baxılmasını xahiş edib.
...Sonrası da ki, necə deyərlər…”iştah diş altdadaır”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB