Lukaşenkodan xəbərdarlıq...vəziyyət təhlükəlidir..?

Lukaşenkodan xəbərdarlıq...vəziyyət təhlükəlidir..?

Deyəsən, indi də Aleksandr Lukaşenko nədənsə ehtiyatlanır?

Belə ki, bu arada Belarus prezidenti respublika ətrafında hərbi-siyasi vəziyyət təhlükəli olduğunu dilə gətirib.

SİA BELTA agentliyinə istinadən xəbər verir ki, o, bu barədə çərşənbə axşamı, sentyabrın 20-də ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçlə görüşdə müvafiq bəyanatla çıxış edib.

“...Vəziyyət çox ciddidir. Hətta deyərdim ki, lap təhlükəlidir. Biz isə heç bir halda bunları sadələşdirməməliyik”, - deyə dövlət başçısı bildirib.

Maraqlıdır ki, bununla belə o,.. qorxmağa ehtiyac olmadığını da tövsiyə edib.

Belarus lideri qeyd edib ki, əgər müharibə dövrünün normalarına uyğun olaraq hər hansı hərbi hissəyə xəbərdarlıq etmək lazımdırsa, o zaman bunu etmək lazımdır. Onun sözlərinə görə, əgər ərazi müdafiəsini qaldırmaq lazımdırsa, deməli, lazımdır.

Qeyd edək ki, Belarus prezidenti Təhlükəsizlik Şurasının dövlət katibinə xalq milislərinin, onların lazımi silahlarla təchizatının vacibliyini də xatırladıb.

Maralıdır, görən, nələr olur?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə