Türkiyənin vitse-prezidenti Fuat Oktay ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı verdiyi açıqlamaları tənqid edib. SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, türkiyəli vitse-prezident əminliklə bəyan edir ki, Nensi Pelosinin sözlərinin tarixi faktlarla, eləcə də günün reallıqları ilə heç bir əlaqəsi yoxdur.
“...ABŞ Nümayəndələr Palatası spikerinin bəyanatları da xoşməramlılıq və obyektivlik anlayışlarndan çox uzaqdır. Əslində bu qəbuledilməz bəyanatlar bölgədəki diplomatik səyləri sabotaj edir”.
Qeyd edək ki, Türkiyə səlahiyyətlisi bunları “Tvitter” hesabında yazıb.
Fuat Oktay vurğulayıb ki, ABŞ administrasiyası açıq şəkildə bəyan etməlidir: Pelosinin və onu müşayiət edən bir sıra ermənipərəst siyasətçilərin bəyanatları Vaşinqtonun Qarabağ məsələsində rəsmi mövqeyini əks etdirirmi?
“...Cənubi Qafqazın sülhə və sabitliyə həmişəkindən daha çox ehtiyacı olduğu bir vaxtda mən beynəlxalq oyunçuları son dərəcə düşünülmüş və ədalətli və hər şeydən əvvəl məsuliyyətlə hərəkət etməyə çağırıram”.
Bunu Türkiyənin vitse-prezidenti yazıb.
Təbii ki, türkiyəli rəsminin “Tvitter” hesabında yazdığı reallıqlar, cətin ki, erməniləri qane edə. Məsələn, onlar Fuat Oktayın bu açıqlamasını Türkiyənin “Ermənistanın suveren əraziləri ilə bağlı Azərbaycanın işğalçılıq ritorikasını” tam dəstəklədiyi kimi təqdim edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB