Atlantik Okeanında meydana gələn Fiona qasırğasının vurduğu Puerto-Rikonun üçdə ikisində elektrik enerjisi, bir çox şəhərdə isə su kəsilib. SİA xəbər verir ki, Karib dənizindəki ada ölkəsi Puerto-Rikoda dünən 1-ci kateqoriya səviyyəsinə enən Fiona qasırğası sel və torpaq sürüşməsinə səbəb olub. Qasırğa səbəbindən ölkənin böyük bir hissəsində elektrik enerjisi kəsilib, bir çox şəhərdə su şəbəkələri sıradan çıxıb. Ölkənin 2/3-də elektrik enerjisinin kəsilməsi nəticəsində 3 milyon 200 min nəfərin elektrik enerjisindən məhrum olduğu bildirilib və daşqın çayların su axınına təsir göstərməsi səbəbindən bir çox şəhərlərdə təmiz su xidmətinin təmin oluna bilmədiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB